• Bakı 13° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Pərvin bahalı villasından danışdı: “Görməmişlikdir”

MƏDƏNİYYƏT

28 Fevral 2024 | 12:59

Pərvin bahalı villasından danışdı: “Görməmişlikdir”

“Mən o bağ evini yavaş-yavaş tikdirmişəm. Mənim o qədər pulum yoxdur ki, gedib pulunu verim, alım”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abiyeva bahalı villasından danışarkən deyib.

“Xəbərin var?” verilişində qonaq olan Pərvin villasını hissə-hissə tikdirdiyini bildirib:

“Əvvəl torpağı aldım. Hissə-hissə, yavaş-yavaş tikdirmişəm. O ev 2-3 il ərzində başa gəlib. Mən bunu reklam etmirdim. Niyə edim ki, ay millət baxın “qarğa, məndə qoz var”, yəni ev tikirəm. Bu, bir az da görməmişlikdir. Onlar kimi birdən-birə çıxım deyim ki, “baxın, mən bağ evi almışam”. Mən bu kimi şeyləri sevmirəm. Olanı, olmayanı var. Nə qədər evində ac yatan, balasına çörək apara bilməyən insanlar var”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

09 Noyabr 2024