• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Prokurorluğun xidmət rəhbərinin fəaliyyətinə xitam verildi - FOTOLAR

CƏMİYYƏT

30 Mart 2023 | 17:19

Prokurorluğun xidmət rəhbərinin fəaliyyətinə xitam verildi - FOTOLAR

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin rəhbəri – böyük prokuroru, baş ədliyyə müşaviri Rəhim Əliyevin qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokurorun müavini Elmar Camalov martın 29-da Baş Prokurorluğun inzibati binasında onu qəbul edib, “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdiriblər.


SON XƏBƏRLƏR

28 Mart 2024