• Bakı 25° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Putin və Vanq İ arasında görüş oldu

DÜNYA

22 Fevral 2023 | 15:49

Putin və Vanq İ arasında görüş oldu

"Rusiya-Çin münasibətləri getdikcə inkişaf edir və yeni səviyyələri fəth edir".

Bakıvaxtı.az  Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ilə danışıqlar zamanı deyib.

O bildirib ki, 2024-cü ilə qədər iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollara çatacaq.

Putinin sözlərinə görə, Rusiya Federasiyası ilə Çin arasında əməkdaşlıq beynəlxalq vəziyyətin sabitləşməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Öz növbəsində, çinli diplomat iki dövlət arasında münasibətlərin beynəlxalq ictimaiyyətin təzyiqlərinə tab gətirdiyini və davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026