• Bakı 19° C

    2.12 m/s

“Qalatasaray” misirli hücumçunu birdəfəlik transfer etdi

İDMAN

27 Dekabr 2021 | 23:41 | Müəllif: Subhan Mahmudov

“Qalatasaray” misirli hücumçunu birdəfəlik transfer etdi

"Qalatasaray" Misirin "Zamalek" klubundan icarəyə götürdüyü Mustafa Məhəmmədi birdəfəlik transfer edib. Bakıvaxtı.az matc.az-a istinadən bildirir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Mustafa Məhəmməd 2020-ci ilin yanvarından "Qalatasaray"da çıxış edir. Həmin vaxt İstanbul təmsilçisi 24 yaşlı hücumçunu satınalma şərti ilə icarəyə götürmüşdü. Türkiyə klubu misirli futbolçunun transfer hüquqlarını məhz indi almağa qərar verib. "Qalatasaray" bu transfer üçün 4 milyon avro təzminat ödəyib. Futbolçunun özü ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
 
Mustafa 2022/23 mövsümündə 900 min dollar, 2023/24 mövsümündə 1 milyon dollar, sonuncu mövsümündə isə 1.2 milyon dollar qazanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR