• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

"Qarabağ" Antalya toplanışını başa vurdu

İDMAN

26 Yanvar 2022 | 12:47 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" Antalya toplanışını başa vurdu

"Qarabağ" Antalya toplanışını yekunlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu gün Bakıya qayıdır.

Komanda mövsümün ikinci yarısına hazırlıq üçün yanvarın 12-də Türkiyəyə yollanmışdı. Ağdam təmsilçisi qardaş ölkədə 4 yoxlama matçı keçirib. İlk görüşdə Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edən komanda daha sonra "Slyonsk"a (Polşa) 2:3, "Baçka Topola"ya (Serbiya) isə 0:1 hesabı ilə uduzub. Sonuncu matç isə Polşanın "Visla" (Krakov) klubu ilə olub. Oyun qolsuz başa çatıb.

Toplanışı dəyərləndirən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hazırlıqdan və futbolçularından razı qaldığını bildirib. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR