• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dünya mediası Qurban Qurbanovdan yazır

İDMAN

24 Fevral 2022 | 23:50 | Müəllif: Subhan Mahmudov

Dünya mediası Qurban Qurbanovdan yazır

Dünyanın tanınmış mətbu orqanları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa "Marsel"inə qarşı keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı hərəkətindən yazıb.

Bakıvaxtı.az xəbər verir ki, "The Sun", "Marca" və "RMC Sport" kimi nəşrlər "köhlən atlar"ın hücumçusu İbrahima Vadjinin əli ilə vurduğu qoldan sonra 50 yaşlı mütəxəssisin etdiyi feyr-pley jestinə yer ayırıblar.

"The Sun" "Heyrətamiz an: “Qarabağ”ın hücumçusu Vadjinin əl ilə vurduğu qol baş məşqçinin etirafından sonra ləğv olundu" başlıqlı xəbərində Qurbanovun oyunçusu ilə söhbətindən sonra bu addımı atdığı vurğulanıb.

"Marca" yazıb ki, turnirdə VAR olmasa da, Qurbanovun müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmadığı bildirilib.

"RMC Sport"un başlığı isə belədir: "Təmiz oyun anı: Azərbaycan klubunun qolu öz tələbi ilə ləğv edildi".

Qeyd edək ki, hazırda matç "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR