• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakı Olimpiya Stadionunun fasadı söndürüləcək

İDMAN

26 Mart 2022 | 16:32 | Müəllif: Subhan Mahmudov

Bakı Olimpiya Stadionunun fasadı söndürüləcək

Bu gün saat 20:30-dan 21:30-dək Bakı Olimpiya Stadionunun (BOS) fasadı söndürüləcək.

Bakıvaxtı.az xəbər verir ki, BOS-un mətbuat xidmətindən verilən məlumata görə, bu addım "Yer Saatı" hərəkatına dəstək məqsədilə atılacaq.

Hər il mart ayının son şənbə günündə qeyd olunan “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür.

Elektrik enerjisinin istehsalı nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. “Yer saatı” kampaniyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhlükələrə yönəltməklə cəmiyyətdə enerjiyə qənaətin təşviq edilməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026