• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Zirə”nin qapıçısı komanda yoldaşını zədələdi - VİDEO

İDMAN

25 Aprel 2022 | 14:16

“Zirə”nin qapıçısı komanda yoldaşını zədələdi - VİDEO

Azərbaycan Premyer Liqasının XXIV turunun Sumqayıt şəhərində keçirilən matçında maraqlı hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, “Sumqayıt”la “Zirə” arasında keçirilən görüşdə Bakı komandası 90+2-ci dəqiqədə çempionatın iki bombardirindən biri olan gürcü hücumçu Davit Volkovinin qolu ilə qələbə qazanıb.

Həmin qolu komanda yoldaşları ilə birgə qeyd etmək üçün sevinənlər arasında “Zirə”nin ehtiyat qapıçısı, millimizin sabiq qolkiperi Anar Nəzirov da olub. 36 yaşlı futbolçu sabiq komandasının qapısına vurulan qolu qeyd edərkən öz komanda yoldaşı, serbiyalı müdafiəçi Nemanya Ancelkoviçi zədələyib.

Nəticədə Anar Nəzirov bu hərəkətinə görə baş hakim Elçin Məsiyev tərəfindən sarı vərəqə alıb.

(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026