• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İngiltərə Premyer Liqası "Çelsi"nin satışını təsdiqlədi

İDMAN

24 May 2022 | 22:52

İngiltərə Premyer Liqası "Çelsi"nin satışını təsdiqlədi

İngiltərə Premyer Liqası "Çelsi" klubunun ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrupa satılmasına razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Klubu alan konsorsium qarşı tərəfə təqribən 5 milyard ABŞ dolları ödəyəcək. Ümumi sərmayənin 2,9 milyard avrosu "zadəganlar"ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək.

Qeyd edək ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra "Çelsi"nin əvvəlki sahibi Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən rusiyalı funksioner fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026