• Bakı 21° C

    14.57 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Azərbaycan millisi FİFA reytinqində irəliləyib

İDMAN

23 Iyun 2022 | 13:13

Azərbaycan millisi FİFA reytinqində irəliləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan yığması 1127 xalla dünyanın 128-ci komandasıdır.

Canni de Byazinin yetirmələri sonuncu dəfə martda açıqlanan cədvəllə müqayisədə 1 pillə irəliləyib. Üç ay əvvəl yığmamız 129-cu sırada yer almışdı.

Komandamızın irəliləyişinə Millətlər Liqasının iyun oyunları səbəb olub. De Byazinin yetirmələri 4 qarşılaşmada 4 xal toplayıb.

Qeyd edək ki, cədvələ 1838 xala malik Braziliya başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026