• Bakı 26° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Eşşəkarılarının sancdığı “Lion”un futbolçusu növbəti oyuna çıxa bilməyəcək

İDMAN

22 Iyul 2022 | 13:44

Eşşəkarılarının sancdığı “Lion”un futbolçusu növbəti oyuna çıxa bilməyəcək

Fransanın “Lion” futbol klubunun hücumçusu Aleksandr Lyakazett arıların hücumuna məruz qalıb. Bu səbəbdən də futbolçu bu bazar günü “Feyenoord”a qarşı oyunu buraxa bilər.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu Fransa klubunun mövsümöncəsi təlim-məşq toplanışında olduğu Niderlandda meşədə gəzərkən çox sayda eşşəkarılarının hücumuna məruz qalıb. “Lion”un digər futbolçusu Mussa Dembeleni də eşşəkarısının dişlədiyi bildirilir. Lakin bu, onun komandanın ümumi məşqində iştirakına mane olmayıb.

Lyakazett Lionda doğulub-böyüyüb. Yeddi yaşında yerli komandanın sisteminə daxil olub və 2010-cu ildə debüt edib. Hücumçu 200-dən çox oyun keçirib, sonra Londona yollanıb və burada “Arsenal”da çıxış etməyə başlayıb. Beş il İngiltərədə qaldıqdan sonra Lyakazett vətənə qayıdıb  və “Lion”da oynamağa davam edib.

Hücumçu ötən mövsüm İngiltərə Premyer Liqasında (APL) 30 matçda iştirak edib ki, bu oyunlarda dörd qol vuraraq və yeddi məhsuldar ötürmə edərək fərqlənməyə nail olub. Müqavilənin başa çatması ilə əlaqədar o, komandadan ayrılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026