• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabahkı “El-Klassiko” okeanın o tayında baş tutacaq

İDMAN

23 Iyul 2022 | 13:11

Sabahkı “El-Klassiko” okeanın o tayında baş tutacaq

Dünya futbolunun ən çox gözlənilən qarşılaşması ABŞ-ın Las-Veqas şəhərində, “Elliqant” Stadionunda keçiriləcək. 65 min tamaşaçı tutumlu arenada keçiriləcək “Real Madrid” - “Barselona” oyunu iyulun 24-də baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, “Barselona” La Liqanın yeni mövsümü öncəsi heyətini ciddi şəkildə gücləndirib və transfer bazarında fəaliyyətini hələ də davam etdirir. “Real Madrid”lə növbəti matçda yayda transfer olunan dördüncü oyunçu klubda debüt edəcək. Polşalı ulduz Levandovskidən başqa Frank Kessye, Andreas Kristensen və Rafinya da “Barsa”nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, onların hamısı yeni klublarının heyətində artıq ilk oyunlarını keçiriblər və komandaya ideal şəkildə qoşulublar. Belə ki, kataloniyalılar “İnter Mayami”ni 6:0 hesabı ilə məğlub ediblər. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026