• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski Şevçenkonu mükafatlandırdı

İDMAN

22 Avqust 2022 | 12:21 | Müəllif: Subhan Mahmudov

Zelenski Şevçenkonu mükafatlandırdı

Məşhur ukraynalı keçmiş hücumçu, 2004-cü ildə "Qızıl top"un qalibi olan Andrey Şevçenko "Ukraynanın Milli Əfsanəsi" mükafatına layiq görülüb. 

Bakıvaxtı.az xəbər verir ki, mükafat 45 yaşlı mütəxəssisə ölkə başçısı Volodimir Zelenski tərəfindən təntənəli şəkildə təqdim olunub. Bu barədə Ukrayna prezidenti öz Tvitter hesabında məlumat yayıb. O, həmin təqdimetmə mərasimindən foto paylaşıb və yazıb: 

"Kiyev "Dinamo"sunun və Ukrayna millisinin əfsanəsi, Çempionlar Liqasının qalibi, "Qızıl top"un sahibi... Bir çox başqa titullar onu dünyada məşhurlaşdırıb".

Qeyd edək ki, Şevçenko karyerası ərzində "Milan", "Çelsi" kimi komandalarda da oynayıb. O, futbolçu karyerasını bitirdikdən sonra Ukrayna millisində 2016-cı ildə məşqçi, 2016-2021-ci illərdə isə baş məşqçi kimi çalışıb. Mütəxəssisin son iş yeri İtaliya "Cenoa"sı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026