• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

İDMAN

20 Sentyabr 2022 | 23:40 | Müəllif: Subhan Mahmudov

"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

Almaniya "Bavariya"sının baş məşqçisi Yulian Nagelsman istefayə göndərilməyəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Herbert Hayner yerli mətbuata açıqlama verib.

Funksioner 35 yaşlı mütəxəssisə güvəndiklərini bildirib. O, milli komandaların matçları ilə bağlı yaranmış fasilədən sonra Münhen təmsilçisinin həmişəki oyununu sərgiləyəcəyini söyləyib.

Qeyd edək ki, "Bavariya" Bundesliqada 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026