• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Maykl Kerrik yenidən baş məşqçi ola bilər

İDMAN

20 Oktyabr 2022 | 14:18

Maykl Kerrik yenidən baş məşqçi ola bilər

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu və baş məşqçisi Maykl Kerrikin yeni iş yeri bəlli olub.

Bakıvaxtı.az  xəbər verir ki, 41 yaşlı mütəxəssis "Midlsbro"nun sükanı arxasına keçəcək.

Rəsmi müqavilə yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, Maykl Kerrik 2006 - 2018-ci illərdə "qırmızı şeytanlar"da çıxış edib. O, daha sonra 2021-ci ilədək Joze Mourinyo və Ule Qunnar Sulşerin köməkçisi olub. Norveçli baş məşqçi qovulduqdan sonra Kerrik Mançester təmsilçisində müvəqqəti baş məşqçi səlahiyyətlərini yerinə yetirib. Komanda onun rəhbərliyi altında 3 görüşdə iki qələbə və bir heç-heçə əldə edib. Keçmiş yarımmüdafiəçi 2021-ci il dekabrın 3-də klubdan ayrılıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR