• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Futbol çempionatı oktyabrın sonunda bitə bilər

İDMAN

20 Oktyabr 2022 | 15:59

Futbol çempionatı oktyabrın sonunda bitə bilər

İspaniyada futbol çempionatı oktyabrın 28-dən dayandırıla bilər.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas bildirib.

Onun sözlərinə görə, bu, hökumət tərəfindən tətbiq edilən və komandalara eyni vaxtda çempionatda və Superliqada iştiraka imkan verən yeni qanuna qarşı tətil aktıdır.

Qərar La Liqanın CVC investisiya fondu ilə müqaviləsini təhlükə altına qoyur. Belə ki, buna anlaşmaya görə də İspaniya komandaları 2 milyard avro qazanc əldə edə bilərlər.

Qeyd edək ki, oktyabrın 27-də La Liqanın növbədənkənar iclası planlaşdırılır. Toplantıda yarışın dayandırılmasının mümkünlüyü nəzərdən keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026