• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Türkiyəli futbolçu saxlanıldı

İDMAN

20 Oktyabr 2022 | 11:43 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyəli futbolçu saxlanıldı

Silahlı terror təşkilatına üzv olduğu üçün axtarışda olan keçmiş futbolçu Zəfər Birjol saxlanılıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Z.Biryol  İstanbulda FETÖ futbol təşkilatına qarşı keçirilən əməliyyat zamanı tutulub.

“TRT Haber”in məlumatına görə, “Bylock” istifadəçisi olan Biryolun bağlanan “Bank Asya”da hesabı olduğu üzə çıxıb. Onun 2006-cı ildə terror təşkilatının lideri Fətullah Gülənə baş çəkdiyi müəyyən edilib.

Onun terror təşkilatının qondarma toplantılarında iştirak etdiyi də məlum olub. Dosyedə 2012-2014-cü illər arasında Küçükçekmece Beşyolda FETÖ adına fəaliyyət göstərən kursun təşkil etdiyi futbol turnirinin qaliblərinə mükafatlar təqdim etdiyi də qeyd edilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026