• Bakı 14° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Messi şirkət yaratdı: Rəhbəri erməni olacaq

İDMAN

20 Oktyabr 2022 | 04:31 | Müəllif: Subhan Mahmudov

Messi şirkət yaratdı: Rəhbəri erməni olacaq

Argentina millisinin kapitanı və PSJ-nin hücumçusu Lionel Messi idman, texnologiya və mediaya sərmayə qoyacaq şəxsi investisiya şirkətini yaradır.

Bakıvaxtı.az xəbər verir ki,“Play Time” adlı şirkət ABŞ-ın San-Fransisko şəhərində yerləşəcək.

Ona “Graph Ventures” şirkətinin tərəfdaşı, erməni əsilli Razmiq Ovaqimyan rəhbərlik edəcək. Məlumata görə, “Play Time” Messinin əsas investisiya vasitəsinə çevriləcək və digər sahələrlə yanaşı, futbol texnologiyası startaplarının təsisçilərinə dəstək olacaq, eləcə də müxtəlif idman komandalarına sərmayə qoyacaq.

Şirkətin investisiya fondunun həcmi hələlik açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026