• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Yuventus"un Alleqri qərarı

İDMAN

20 Sentyabr 2022 | 19:30 | Müəllif: Subhan Mahmudov

"Yuventus"un Alleqri qərarı

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri mövsümə pis başlasa da, vəzifəsində qalacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb. Bildirilib ki, mütəxəssisin istefaya göndərilməsi təklifini klubun vitse-prezidenti Pavel Nedved irəli sürsə də, Turin təmsilçisinin prezidenti Andrea Anyelli onu rədd edib.

Anyelli dünən Alleqri ilə danışıb. Prezident "Yuventus"un vahid komanda olaraq qalacağına və irəliləmək üçün işləməyə davam edəcəyinə əmin olmaq istəyib.

Qeyd edək ki, "Yuventus" ölkə çempionatında 10 xalla 8-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026