• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan güləşçisi dünya çempionu oldu

İDMAN

19 Oktyabr 2022 | 21:22 | Müəllif: Subhan Mahmudov

Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 72 kq-da çıxış edən idmançı finalda xorvatiyalı Pavel Puklavetsə hesabı 8:2 ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR