• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Roma"nın yeni transferinin ayağı sınıb

İDMAN

22 Avqust 2022 | 10:33 | Müəllif: Subhan Mahmudov

"Roma"nın yeni transferinin ayağı sınıb

İtaliyanın "Roma" klubunun futbolçusu Corcinyo Veynaldum ağır zədə alıb.

Bakıvaxtı.az "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, məşq zamanı 32 yaşlı yarımmüdafiəçinin sağ ayağının baldır sümüyü sınıb.

"Canavarlar" niderlandlı oyunçunu zədələyən komanda yoldaşının adını açıqlamayıb. Paytaxt təmsilçisi bunun bir bədbəxt hadisə olduğunu düşünür.

Veynaldumun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Corcinyo Veynaldum "Roma"ya bu ay Fransa PSJ-sindən keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR