• Bakı 19° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

"Qarabağ"ın rəqibi yeni baş məşqçi gətirdi

İDMAN

20 Sentyabr 2022 | 14:37

"Qarabağ"ın rəqibi yeni baş məşqçi gətirdi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandasının yeni baş məşqşisi bəlli olub.

Bakıvaxtı.az "Cadena SER"ə istinadən xəbər verir ki, Pirey təmsilçisi ispaniyalı Miçel Qonsalesə tapşırılıb.

59 yaşlı mütəxəssis artıq Afinaya yola düşüb.

Miçel Qonsales 1982 - 1996-cı illərdə ölkəsində "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013 - 2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026