• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Futbol klubunun prezidenti təyyarə qəzasında həlak oldu

İDMAN

23 Iyun 2022 | 08:58

Futbol klubunun prezidenti təyyarə qəzasında həlak oldu

Venesuelanın “Estudiantes de Merida” futbol klubunun prezidenti Kristian Toni və daha 5 nəfər təyyarə qəzasında həlak olub.

Bu barədə Bakıvaxtı.az “Diario 2001” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, “Learjet” markalı kiçik təyyarə Miranda ştatında qəzaya uğrayıb. Axtarış-xilasetmə xidməti bütün sərnişinlər və heyət üzvləri də daxil olmaqla 6 nəfərin həlak olduğunu bildirib.

Venesuela Futbol Federasiyası faciə ilə bağlı başsağlığı verib.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.


SON XƏBƏRLƏR