• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Burak qaçırdığı penaltidən danışdı

İDMAN

26 Mart 2022 | 16:19 | Müəllif: Subhan Mahmudov

Burak qaçırdığı penaltidən danışdı

Türkiyə millisindəki karyerasının başa vuran Burak Yılmaz DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliya ilə matçda (1:3) qaçırdığı penalti epizodu haqda danışıb. 

Bakıvaxtı.az xəbər verir ki, "Lill"in hücumçusu "Hürriyet"ə açıqlamasında deyib:

"Penaltini qazananda bütün komanda yoldaşlarım topu mənə buraxdılar. Mən də qol vurmağa hazır idim. Çox həyəcanlıydım. Üzərimdə bütün ölkənin məsuliyyəti var idi. Qazon nəm və yumşaq idi. Sərt vurmaq istəyim topu daha yüksəkə qaldırdı. Topun uzağa getdiyini görəndə çox sarsıldım. Əgər penaltini vursaydım, Portuqaliyanı mübarizədən kənarlaşdırardıq. Ən çox ölkəm üçün məyus oldum. Matçdan sonra prezidentimiz Nihat Özdemir, baş məşqçi Stefan Kuntz və komanda yoldaşlarım məni dəstəklədilər. Kuntz ən çox üzüldü. Mənimlə birlikdə ağladı. “Lill”dəki dostlarım da zəng edib təsəlli verdilər. Səhərə qədər yata  bilmədim. Mən həqiqətən çox məyusam”.

Qeyd edək ki, B.Yılmaz Portuqaliya ilə görüşdə 85-ci dəqiqədə  hesab 1:2 olarkən penaltidən yararlana bilməyib.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026