• Bakı 19° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Azərbaycan - Belarus oyununu yerli hakimlər idarə edəcək

İDMAN

26 Mart 2022 | 10:41 | Müəllif: Subhan Mahmudov

Azərbaycan - Belarus oyununu yerli hakimlər idarə edəcək

Azərbaycan və Belarusun 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq görüşünü yerli hakimlər briqadası idarə edəcək.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Nicat İsmayıllı isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, martın 29-da “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR