• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

“Qarabağ” Bakıda "Marsel"i qəbul edəcək

İDMAN

24 Fevral 2022 | 00:21 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” Bakıda "Marsel"i qəbul edəcək

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti sınağına çıxacaq.Ağdam klubu Fransa “Marsel”i ilə üz-üzə gələcək. Ötən həftə “Velodrom”da 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri revanş almağa çalışacaq.

Təmsilçimiz 1/8 finala yüksəlmək üçün ya 3 top fərqilə qalib gəlməli, ya da 2 top üstünlüyündən sonra penaltilər seriyasında qələbə qazanmalıdır. Tofiq Bəhramov adına Respublika stadionunda doğma azarkeşlər önünə çıxacaq “Qarabağ” evdəki məğlubiyyətsizlik seriyasını davam etdirməklə mərhələ keçməyə çalışacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması sabah keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Konfrans Liqası
Pley-off, cavab oyunu
24 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa)
Baş hakim: Bartoş Frankovski (Polşa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:3


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026