• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“Sevilya”nın baş məşqçisi Mahirdən danışdı

İDMAN

24 Fevral 2022 | 00:47 | Müəllif: Subhan Mahmudov

“Sevilya”nın baş məşqçisi Mahirdən danışdı

İspaniyanın "Seviliya" klubunun baş məşqçisi Xulen Lopeteqi Xorvatiyanın "Dinamo" komandasının azərbaycanlı üzvü Mahir Emreli barədə danışıb.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, X.Lopeteqi bu barədə Avropa Liqasının 1/16 final mərhələsində "Dinamo" ilə cavab görüşündən əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, qarşılaşacaqları rəqibin potensialına bələddir:

"Onlar Emreli ilə müqavilə imzalayıblar. Onu "Qarabağ"da olan vaxtlardan tanıyırıq. Rəqib nə dərəcədə ciddi komanda olduğunu ilk matçda göstərib. Sabah daha da çətin olacaq".

Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə 1:3 hesabı ilə uduzub. Növbəti görüş fevralın 24-də Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR