• Bakı 15° C

    3 m/s

Ən çox kobudluq edilən futbolçu odur

İDMAN

24 Fevral 2022 | 00:09 | Müəllif: Subhan Mahmudov

Ən çox kobudluq edilən futbolçu odur

PSJ-nin hücumçusu Neymar Avropanın ilk beş liqasında ən çox kobudluq edilən oyunçudur.

Bakıvaxtı.az xəbər verir ki, "BeSoccer Pro"nun araşdırmasına görə, braziliyalı futbolçu 2016-cı ildən bəri 1040 dəfə kobud oyuna məruz qalıb.

Bu göstəricidə ikinci yeri PSJ-nin digər oyunçusu Lionel Messi (839) tutur.

Üçüncü yeri hərəyə 747 qayda pozuntusu ilə Andrea Belotti ("Torino") və Cek Qriliş ("Mançester Siti") bölüşürlər.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR