Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"-"Marsel" oyununda insident yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb 34-cü dəqiqədə "Qarabağ"ın bərabərlik qolu olub.
Baş hakim İbrahima Vadjinin vurduğu qolu qeydə alsa da, qonaqların yarımmüdafiəçisi Matteo Qenduzi buna sərt şəkildə narazılığını bildirib.
Əvvəlcə referiyə əl işarəsi göstərən Qenduzi onun mərkəzi göstərməsini görüncə, qolun müəllifi Vadjinin üzərinə şığıyıb. Araya digər futbolçuların da girməsi gərginliyi daha da artırıb.
"Qarabağ"ın baş məşqisi Qurban Qurbanov İbrahima Vadjni yanına çağıraraq hakimə həqiqəti deməyini tapşırıb. Oyunçumuzun topu əliylə vurduğunu etirafından sonra top qeydə alınmayıb.
Ramid İbrahimov
















