• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

19 Aprel 2023 | 12:15

Qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkarlandı - FOTOLAR

Baş İctimai Təhlükəsizlik İdarəsi və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Yoxlamalar zamanı Elnur Beydullayevə məxsus Kürdəmiş kəndində yerləşən taxta emalı sexinə baxış keçirilərkən oradan 4 ədəd dəzgah, 1177 ədəd taxta yeşik, qoz və qovaq ağaclarının gövdələri aşkarlanıb.

Davam etdirilən tədbirlərlə rayonun Cəyirli kəndində də qanunsuz olaraq fəaliyyət göstərən daha 2 taxta emal edən sex müəyyən edilib. Belə ki, Əli Mahmudovun işlətdiyi sexdən 2 ədəd dəzgah, 1200 ədəd taxta yeşik, qovaq ağacının hissələri, Alim Əhmədova məxsus sexdən isə iki elektrik mişarı, qovaq, fıstıq və qoz ağaclarından hazırlanmış taxta yeşiklər aşkarlanıb.

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkarlandı - FOTOLARQanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkarlandı - FOTOLARQanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR