• Bakı 13° C

    1.45 m/s

Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlandı

HADİSƏ

18 Noyabr 2021 | 11:02

Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlandı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 06-BD-998 dövlət nömrə nişanlı “Qazel”, Masallı rayonunda isə 01-BF-795 və 41-BB-269 dövlət nömrə nişanlı “UAZ” markalı nəqliyyat vasitələri ilə meşə materialının daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı Lənkəran rayon sakini Fərhad Hüseynov, Masallı rayon sakinləri Hamlet İmanov və Elvin Abbasovun idarə etdikləri avtomobillərin yük yerində ümumilikdə 7,98 m3 həcmində qanunsuz yolla əldə olunmuş meşə materialının daşındığı məlum olub.

O qeyd edib ki, hazırda işlər üzrə araşdırma davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026