• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı-Ələt yolunda avtobus qəzası - Yaralananlardan 2-nin vəziyyəti ağırdır - YENİLƏNİB-1

HADİSƏ

18 Dekabr 2021 | 00:52

Bakı-Ələt yolunda avtobus qəzası - Yaralananlardan 2-nin vəziyyəti ağırdır - YENİLƏNİB-1

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.

Bakıvaxtı.az bu barədə Mərkəzin növbətçi cərrahı Ramiz Kərimov APA-ya bildirib. Dediyinə görə, onlardan beş nəfərinə tibbi yardım göstərilib. 2010-cü il təvəllüdlü Əllili Əli Xaliq oğlu baş beyin əzilməsi ağır kəllə beyin travması alıb. Əliyeva Samirə Nüsrət qızı qapalı kəllə beyin travması və baş beyin əzilməsi diaqnozları ilə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 3 nəfərdə müxtəlif nahiyələrdə sınıq xəsarətləri var. 4 nəfər isə ambulator müayinə olunduqdan sonra evə buraxılıb.

Ümumilikdə 3 nəfər şöbəyə yerləşdirilib, iki nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsində müalicəsini davam etdirir.

***

17 dekabr, 23:57

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.

Yaralıların siyahısı belədir:

1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,

2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,

3. 2010-cu il təvəllüdlü Əlili Əli,

4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,

5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,

6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,

7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,

8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,

9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.

Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

***

23:30

Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.

Məlumata görə, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var.

"Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var", - Mərkəz rəsmisi qeyd edib.


Bakı-Ələt yolunda avtobus qəzası - Yaralananlardan 2-nin vəziyyəti ağırdır - YENİLƏNİB-1
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR