Bakıda intihara cəhdin qarşısı alınıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1 nəfər çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.















