• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qanunsuz ov edənlər barəsində tədbirlər görüldü

HADİSƏ

15 Fevral 2022 | 12:16

Qanunsuz ov edənlər barəsində tədbirlər görüldü

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 7-13 fevral  tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Şabran rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs  saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Şabran şəhər sakini  Musa İsmayılov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 250 metr uzunluğunda sintetik tor yığışdırılıb.

B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda, Qızılağac Milli Parkının ərazisində ov qaydalarını pozduğuna görə Masallı rayon sakini Mirhasil Həsənov saxlanılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026