• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Azərbaycanda binada PARTLAYIŞ: xəsarət alanlar var - FOTOLAR

HADİSƏ

16 Yanvar 2022 | 23:33

Azərbaycanda binada PARTLAYIŞ: xəsarət alanlar var - FOTOLAR

Mingəçevir şəhərində məzildə partlayış olub.

Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə,  ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzildə məişət qazının sızması nəticəsində (ilkin ehtimal) yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Nəticədə mənzilin mətbəxinin tavanı yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin arakəsmə divarları və pəncərələri dağılıb. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb. Xəsarət alan şəxslər TTTY briqadası tərəfindən xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Azərbaycanda binada PARTLAYIŞ: xəsarət alanlar var - FOTOLARAzərbaycanda binada PARTLAYIŞ: xəsarət alanlar var - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026