• Bakı 22° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Dünən 66 nəfər toya buraxılmayıb

HADİSƏ

18 Dekabr 2021 | 10:59

Dünən 66 nəfər toya buraxılmayıb

Dekabrın 17-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 326 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, monitorinq 318 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 66 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR