Xaçmazda qarda bataraq qalan avtomobildəki şəxslər xilas edilib.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə rayonun Ağyazı Buduq kəndində qeydə alınıb. Belə ki, içərisində 2 nəfərin olduğu “VAZ” markalı minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Görülən tədbirlər nəticəsində vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb.















