• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kriminal avtoritet stomatoloji kresloda güllələndi 

HADİSƏ

16 Fevral 2022 | 01:52 | Müəllif: Qalib İbrahimoğlu

Kriminal avtoritet stomatoloji kresloda güllələndi

“Suxoy İqor” ləqəbi ilə tanınan kriminal avtoritet İqor Dutka qətlə yetrilib.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Ukraynanın Yaremçe kurort şəhərində diş həkiminin qəbulunda olarkən qeydə alınıb. Belə ki, "Suxoy İqor"  stomatoloji kresloda güllələnib.

Ukraynanın Prikarpatya şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları qatili axtarır.

Cinayətlə bağlı məlumatı hüquq-mühafizə orqnalarına diş həkimi bildirib. Həkim naməlum şəxsin onun tibb kabinetinə qaçaraq pasiyenti dəfələrlə güllələdiyini, bundan sonra isə qaçdığını bildirib (qafqazinfo.az). Kriminal avtoritetə tibbi yardım göstərilərkən dünyasını dəyişib.

Polis hadisənin baş vermə şəraitini araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR