Göygöldə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Üçtəpə kəndində keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı minik avtomobili "KamAZ"a arxadan çırpılıb. Nəticədə "VAZ-21011"in sürücüsü, Göygöl rayon sakini, 1971-ci il təvəllüdlü Qurbanov Qurban Oktay oğlu hadisə yerində dünyasını dəyişib. Qəza yerinə DYP əməkdaşları cəlb olunub.
















