Abşeronda minik avtomobili yanıb.
Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki, hadisə rayonun Novxanı kəndində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı restoran yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















