• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Duman qəzaya səbəb oldu - 8 nəfər yaralandı

HADİSƏ

18 Dekabr 2021 | 00:38 | Müəllif: Qalib İbrahimoğlu

Duman qəzaya səbəb oldu - 8 nəfər yaralandı

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ku, hadisə Masallı rayonunun Təklə kəndi ərazisində baş verib.

İlkin məlumata görə, minik avtomobili mikroavtobusla toqquşub. Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ümumilikdə 6 nəfərin xəstəxanada müalicəsi davam etdirilir. Onlardan 3-ü Cəlilabad, 3-ü isə Lənkəran Rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.

Xəsarət alanların siyahısı:

Cəlilabadın Şükürlü kənd sakinləri: İsparova Xədicə Cəbrayıl qızı (2008-ci il təvəllüdlü), anası İsparova Zəminə Ağabala qızı (1972-ci il təvəllüdlü), Əliyeva Xuraman (1979-cu il təvəllüdlü);

Astara rayonu Pəlikeş kənd sakinləri: Rükiyev Əfqan Mirbaba oğlu (1975-ci il təvəllüdlü), Rəhimov Səyaddin Həkim oğlu (1986-cı il təvəllüdlü), Rükiyev Məcid Arzu oğlu (1991-ci il təvəllüdlü) travmatologiya şöbəsindədirlər.

Qəzaya dumanlı hava şəraitinın səbəb olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

 


Duman qəzaya səbəb oldu - 8 nəfər yaralandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026