• Bakı 19° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Qarabağ” – “Bayer” oyunu üçün satılan biletlərin sayı açıqlandı

İDMAN

02 Mart 2024 | 17:56

“Qarabağ” – “Bayer” oyunu üçün satılan biletlərin sayı açıqlandı

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubu ilə Bakıda keçirəcəyi ilk oyun üçün satılan biletlərin sayı açıqlanıb.

Bakıvaxtı.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, artıq 27000 azarkeş bilet əldə edib.

Məhdud sayda olan biletləri “Iticket.az”ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk matçını martın 7-də Bakıda, cavab qarşılaşmasını isə bir həftə sonra Leverkuzendə keçirəcək.


SON XƏBƏRLƏR