• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Qarabağ"dan yeni rekord

İDMAN

09 Noyabr 2022 | 17:48

"Qarabağ"dan yeni rekord

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının 2022/23 mövsümünün startında ardıcıl 13-cü qələbəsini qazanıb.

Ağdam klubu bunu III turdan təxirə salınan “Turan Tovuz”la səfər matçında rəsmiləşdirib. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” ölkə çempionatlarının 30 illik tarixində ən uzun start qələbəsinin müəllifi olub.

Bunadək rekord “Neftçi”yə məxsus idi. Bakılılar 1992-ci ildəki ilk çempionata 12 qələbə ilə başlasa da, 13-cü oyununda Sumqayıtda “Xəzər”dən üç cavabsız qol buraxıb – 0:3.

“Qarabağ” da “Neftçi” kimi 12 qələbədən sonra səfərə yollanıb, amma Tovuzda büdrəməyib. Üç gün əvvəl paytaxt təmsilçisinin rekordunu təkrarlayan Qurbanovun komandası bu dəfə mütləq göstəricini rəsmiləşdirib.

Qeyd edək ki, “Qarabağ” 14-cü qələbəsini qazanmaq üçün noyabrın 13-də “Sabah”la səfər görüşündə də qalib gəlməlidir. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR