• Bakı 7° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qasım Alacov  vəfat etdi

CƏMİYYƏT

03 May 2024 | 10:16

Qasım Alacov vəfat etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivinə (ASCO) ağır itki üz verib.

Bakıvaxtı.az xəbər verir ki, ASCO-nun  “Suraxanı” gəmi-muzeyinin ilk kapitanı Qasım Alacov  vəfat edib.

Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub.

O, 1980-ci ildən üzən heyətin sıralarına qoşulub. Daha sonralar ASCO-nun müxtəlif gəmilərində matros, bosman, kapitanın növbə köməkçisi, kapitan vəzifələrində işləyib.

Qasım Alacov həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qalıb.

Allah rəhmət eləsin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026