• Bakı 27° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

"Qazel" motosikletlə toqquşdu: Ölən var

HADİSƏ

11 Iyun 2026 | 09:42

Qazel motosikletlə toqquşdu: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

1985-ci il təvəllüdlü Rafiz İbrahimxəlil oğlu Qurbanov idarə etdiyi "QAZel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Mirzə Arif oğlu Məhəmmədin idarə etdiyi "Tufan" markalı motosikletlə toqquşub. Nəticədə motosikletin sərnişini Nihat Elmar oğlu Məmmədov xəsarət alıb, sürücü Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026