• Bakı 16° C

    2.11 m/s

“Qəbələ”nin “Olimpiakos”la matçlarının vaxtı AÇIQLANDI

İDMAN

30 Oktyabr 2023 | 11:56

“Qəbələ”nin “Olimpiakos”la matçlarının vaxtı AÇIQLANDI

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib.

Bakıvaxtı.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də keçiriləcək ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. Matç “Olimpiakos” Məşq Mərkəzində olacaq. Yunanıstandakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Xatırladaq ki, “Qəbələ” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026