İspaniya millisinin və "Barselona" klubunun futbolçusu Qavi əməliyyat olunub.
Bakıvaxtı.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi çarpaz bağındakı problemə görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Qavi Gürcüstana 3:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyununda zədələnmişdi.
AS nəşri oyunçunun təxminə 8-9 aydan sonra yaşıl meydanlara qayıda biləcəyini yazıb.
Qeyd edək ki, Qavi cari mövsüm "Barselona"da 15 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.