• Bakı 11° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Manatın dövretmə sürəti azalıb

İQTİSADİYYAT

06 Aprel 2026 | 17:59

Manatın dövretmə sürəti azalıb

"Bu il martın 1-nə manatın dövretmə sürəti 2,83 olub. Bu o deməkdir ki, eyni 1 manat il ərzində cəmi 2,8 dəfə iqtisadi əməliyyatlarda istifadə olunur. Müqayisə üçün deyim ki, 2005-ci ildə bu rəqəm 15,7 idi".

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, 2015-ci ildə devalvasiya ərəfəsində isə 2,68-ə düşmüşdü.

"Yəni trend aydındır, hazırda pul daha yavaş hərəkət edir. İnsanlar və bizneslər daha çox gözləyir, daha az xərcləyir. Pul iqtisadiyyatda dövr etməkdənsə, dayanır və gözləyir. Dayanıb gözləmə səbəbləri isə çoxdur. Pulun dövretmə sürətinin azalması iqtisadi aktivliyin ritmini göstərən göstəricidir. Pul nə qədər tez hərəkət edirsə, iqtisadiyyat o qədər canlanır. Pul yavaşlayanda isə iqtisadiyyatın nəfəsi zəifləyir".


SON XƏBƏRLƏR