• Bakı 12° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Həmin uşaqlardan 2-si dövlət müəssisəsinə yerləşdiriləcək

CƏMİYYƏT

06 Aprel 2026 | 15:06

Həmin uşaqlardan 2-si dövlət müəssisəsinə yerləşdiriləcək

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin 2 uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Şəhər İcra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, məsələ Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətə götürülmüş və aidiyyəti qurumlarla birgə araşdırılıb: "Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan 2-nin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır.

Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilmiş, mənzil-məişət şəraiti yerində qiymətləndirilmişdir.

Ailə üzvlərinə, eləcə də faktiki himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək".


SON XƏBƏRLƏR