• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Qarabağ" Norveçə bir itki ilə yollandı

İDMAN

29 Noyabr 2023 | 11:42

"Qarabağ" Norveçə bir itki ilə yollandı

"Qarabağ" Norveçin "Molde" klubu ilə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu üçün səfərə yollanıb.

Bakıvaxtı.az xəbər verir ki,  Ağdam təmsilçisi bir qədər əvvəl çarter reysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Yalnız qapıçı Amin Ramazanov zədə səbəbindən kollektivlə birgə səfər matçına yollanmır. Komanda Qurban Qurbanovun rəhbərliyi altında oyun günü son məşqini keçəcək.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026